...

Tramp administrasiyası DeepSeek chatbotuna girişi məhdudlaşdırmaq istəyir

Dünya xəbərləri Materials 17 Aprel 2025 02:26 (UTC +04:00)
Tramp administrasiyası DeepSeek chatbotuna girişi məhdudlaşdırmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hakimiyyəti, amerikalıların Çin şirkəti DeepSeek-in chatbotuna girişini məhdudlaşdırmaq üçün yeni tədbirlər nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə New York Times mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Tramp administrasiyası DeepSeek-in Amerika texnologiyalarını, xüsusən də süni intellekt (AI) sahəsindəki çipləri almasına qadağa qoymağı da planlaşdırır. Həmçinin, ABŞ hakimiyyəti, Çin şirkətinin Amerika mikroçiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətləri pozub-pozmadığını araşdıracaq.

Bundan əvvəl, ABŞ, Çinə mikroçiplərin ixracına sərt məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər nəticəsində, Amerika texnologiya nəhəngi Nvidia, 5,5 milyard dollar dəyərində maliyyə itkisi gözləyir, çünki şirkət artıq Çin şirkətlərinə xüsusi lisenziya olmadan AI texnologiyaları üçün H20 çiplərini sata bilməz.

Yanvarın 20-də DeepSeek, ən müasir ChatGPT-dən üstün olduğunu iddia etdiyi R1 chatbotunun yeni versiyasını təqdim edib. Eyni zamanda, DeepSeek chatbotunun yaradıcıları, modelin hazırlanması üçün yalnız 5,6 milyon dollar sərf etdiklərini və köhnəlmiş çiplərdən istifadə etdiklərini açıqlayıblar. DeepSeek chatbotu qısa zamanda dünya üzrə istifadəçilər arasında populyarlıq qazandı və ABŞ-nin süni intellekt sahəsindəki liderlərinin həddən artıq qiymətləndirildiyinə dair investor narahatlıqları fonunda birja bazarlarında dalğalanmalara səbəb oldu.

Xəbər lenti

Xəbər lenti