...

ABŞ və Britaniya yaxın həftələrdə ticarət sazişi imzalaya bilər – Ağ Ev mənbəsi

Dünya xəbərləri Materials 17 Aprel 2025 03:44 (UTC +04:00)
ABŞ və Britaniya yaxın həftələrdə ticarət sazişi imzalaya bilər – Ağ Ev mənbəsi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası yaxın həftələrdə Böyük Britaniya ilə ticarət sazişi imzalamaqda maraqlıdır.

Trend xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton “yaxın vaxtlarda”, təxminən iki və ya üç həftə ərzində Londonla razılaşma imzalamağı planlaşdırır. Bildirilir ki, Britaniya bu razılaşmanı əldə edəcək ikinci qrup ölkələr sırasında yer alacaq. Qəzetin yazdığına görə, ilk növbədə ABŞ-ın Hindistan, Cənubi Koreya və Yaponiya ilə razılaşmalar imzalayacağı gözlənilir.

Xatırladaq ki, aprelin əvvəlində Sky News-a müsahibə verən Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ ilə yeni ticarət sazişinə ümid etdiyini bildirmişdi. O, həmçinin Vaşinqtonun tətbiq etdiyi tariflərə qarşı tələsik cavab tədbirləri görmək istəmədiklərini də qeyd etmişdi.

Bununla belə, Britaniya hökuməti sonradan qarşılıqlı rüsumlar tətbiq etdi. Cavab tədbirləri ilə bağlı hazırlanan siyahı 400 səhifədən ibarət olub və kənd təsərrüfatı, dəniz və süd məhsulları, kimyəvi maddələr, kosmetika, gübrələr, avtomobillər və onların ehtiyat hissələri, tikinti materialları və digər istehlak mallarını əhatə edib.

Xəbər lenti

Xəbər lenti