...

ABŞ Ali Məhkəməsi Venesuelalı miqrantların deportasiyasını müvəqqəti dayandırıb

Dünya xəbərləri Materials 20 Aprel 2025 00:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Ağ Evin cinayətkar dəstə üzvü olmaqda ittiham edilən daha bir qrup venesuelalı miqrantın deportasiyasını müvəqqəti olaraq dayandırıb.

Trend-in CNN-ə istinadən verdiyi məlumata görə, bu qərar miqrantların vəkillərinin aprelin 18-də təqdim etdiyi vəsatət əsasında verilib. Vəkillər müvəkkillərinin əvvəlcədən xəbərdarlıq edilmədən və ya deportasiya qərarından şikayət etmək imkanı olmadan ölkədən çıxarıla biləcəyini əsas gətiriblər. Bildirilib ki, bəzi miqrantlar artıq deportasiya üçün hazırlıqlara başlayıb.

Ali Məhkəmə qərarında hər hansı əsas göstərməsə də, administrasiyaya Luiziana ştatının federal apellyasiya məhkəməsinin yekun qərarına qədər heç bir addım atmamağı tapşırıb.

Qeyd edək ki, hakimlərdən Samuel Alito və Klarens Tomas bu qərara qarşı çıxıblar.

Xəbər lenti

Xəbər lenti