Bakı. Trend:
Bu gün səhər İranın şimalında yerləşən Qəzvin vilayətində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayəti Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəhbəri Hosaməddin Haqşünas yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində təyyarənin 1 kişi (pilot) və 1 qadın (pilot köməkçisi) xəsarət alıb.
Haqşünas deyib ki, yaralıların təyyarədən çıxarılaraq xəstəxanaya helikopterlə çatdırılıb.
Hadisənin baş verməsi səbəbi araşdırılır.