Bakı. Trend:
ABŞ-nin idxalına rüsum artımının dayandırılması çətin ki, daha 90 gün uzadılsın.
Trend-in məlmatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
"Bunun ehtimalı azdır", - deyə D.Tramp məsələ ilə bağlı suala cavab verib.
"Biz sazişlər imzalayacayıq. Başqa sözlə, biz sadəcə olaraq rüsumlar təyin edəcəyik və bu, ağlabatan, çox ağlabatan olacaq", - deyə ABŞ prezidenti qeyd edib.
ABŞ prezidenti bir daha vurğuladı ki, Pekin bunun müqabilində “əhəmiyyətli bir şey” təklif etməsə, Çinə tətbiq edilən tarifləri azaltmayacaq.