...

İsrail hava qüvvələri Yəmənin əsas aeroportuna aviazərbələr endirib

Dünya xəbərləri Materials 6 May 2025 17:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada yerləşən hava limanına aviazərbələr endirib. Zərbələr nəticəsində aeroport tam yararsız hala düşüb.

Trend xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.

“Husilərə yaxın iki mənbə Sənadakı aeroportun tamamilə məhv edildiyini bildirib”, - deyə məlumatda deyilir.

Həmçinin, İsrail HHQ-nin Sənanın şəhərkənarında yerləşən Dəhban elektrik stansiyasına zərbələr endirdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti