...

Türkiyədə sudan kütləvi zəhərlənmə: 80 nəfər xəstəxanalıq olub

Dünya xəbərləri Materials 14 May 2025 15:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayılıb.

Məlumata görə, Bolu mərkəzinə yaxın olan Örencik, Okçular, İlıcakını və Çamyayla kəndlərindən ümumilikdə 80 nəfər xəstəxanaya daxil olub. Xəstələr ishal, ürəkbulanması və kəskin qarın ağrılarından şikayətlənirlər. Kütləvi zəhərlənmənin həmin kəndlərin su təchizatını həyata keçirən su kanalından qaynaqlandığı ehtimal edilir. Bolu vilayətinin Səhiyyə İdarəsinin əməkdaşları artıq sözügedən su kanalından su nümunələri götürərək, müayinəsi üçün laboratoriyaya göndərib.

Məsələ həllini tapana qədər sakinlərə müvəqqəti olaraq həmin su hövzəsindən istifadə etməmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti