...

"Moody's Ratings" ABŞ-nin kredit reytinqini aşağı salıb

Dünya xəbərləri Materials 19 May 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Moody's Ratings” artan dövlət borcu və büdcə kəsiri ilə bağlı narahatlıqlar səbəbilə ABŞ-nin uzunmüddətli kredit reytinqini “Aaa” səviyyəsindən “Aa1”-ə endirib.

Trend xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Reytinq üçün proqnoz “mənfidən” “stabilə” dəyişdirilib.

“ABŞ-nin iqtisadi və maliyyə baxımından əhəmiyyətli gücünü etiraf edirik, lakin hesab edirik ki, bu üstünlüklər artıq pisləşən büdcə göstəricilərini tam şəkildə kompensasiya etmir”, – “Moody's”in məlumatında deyilir.

ABŞ federal büdcəsinin illik kəsiri təxminən 2 trilyon dollar, yəni ölkə ÜDM-nin 6 faizindən çoxdur. Konqresin Büdcə İdarəsinin (Congressional Budget Office, CBO) hesablamalarına görə, dövlət borcu 2029-cu ilə qədər ÜDM-nin 107 faizinə çata bilər ki, bu da İkinci Dünya Müharibəsinin sonundan bəri ən yüksək göstərici olacaq.

Qeyd edək ki, “Moody's” ABŞ-ın reytinqini endirmək qərarını prezident Donald Tramp administrasiyası pisləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti