...

Tramp Aİ ölkələrinə ABŞ-nin Ukrayna münaqişəsinin həllindən uzaqlaşdığını bildirib

Dünya xəbərləri Materials 27 May 2025 00:57 (UTC +04:00)
Tramp Aİ ölkələrinə ABŞ-nin Ukrayna münaqişəsinin həllindən uzaqlaşdığını bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya təzyiq göstərmək və sanksiyaları genişləndirməklə Ukrayna böhranını həll etmək cəhdlərindən uzaqlaşmaq niyyətini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" jurnalı mənbələrə istinadən xəbər verib.

"Tramp mahiyyətcə bunu dedi: "Mən iştirak etmirəm", deyə Trampın keçən həftə Avropa liderləri ilə söhbətinin təfərrüatları ilə tanış olan rəsmi şəxs bildirib.

Nəşrin bir sıra mənbələri Trampın Aİ rəsmilərinə Ukrayna böhranını həll etmək üçün Rusiyaya təzyiq etmək, üstəlik sərt sanksiyalar tətbiq etmək niyyətində olmadığını çatdırdığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti