Bakı.Trend:
Türkiyənin İstanbul şəhərində restoran və əyləncə məkanı kimi xidmət göstərən iaşə obyektinə əl qumbarası atılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər ve4rir ki, insident gecə saatlarında Kağıthane rayonunun Park küçəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşanıb.
Kimliyi məlum olmayan şəxsin və ya şəxslərin atdığı əl qumbarasının partlaması nəticəsində üçü ağır olmaqla, yeddi nəfər yaralanıb.
İnsidentdən sonra hadisə yerinə çoxlu sayda polis tə təcili tibbi yardım dəstələri səfərbər olunub.
Hüquq-mühafizə orqanları cinayət yerindən qaçan şübhəli və ya şübhəlilərin yaxalanması istiqamətində iş aparır.