...

Pentaqon etirazlara görə Los-Ancelesə 700-ə yaxın dəniz piyadası göndərəcək

Dünya xəbərləri Materials 10 İyun 2025 07:38 (UTC +04:00)
Pentaqon etirazlara görə Los-Ancelesə 700-ə yaxın dəniz piyadası göndərəcək

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Los-Ancelesə (Kaliforniya ştatı) təxminən 700 dəniz piyadası əsgəri göndərəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda deyilib.

Sənədə əsasən, dəniz piyadaları Los-Ancelesdə və onun ətraflarında federal xidmət və qurum əməkdaşlarının, habelə dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək. Onlar həmçinin şəhərə yerləşdirilən Kaliforniya Milli Qvardiyası qoşunları ilə birgə işləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti