...

Rusiya ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti İstanbula çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 İyul 2025 17:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan olan nümayəndə heyəti Ukrayna ilə danışıqların 3-cü raundunda iştirak üçün İstanbul şəhərinə çatıb.

Trend xəbər verir ki, RF prezidentinin köməkçisi Vladimir Medinksinin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə yerli vaxtla 15:40-da (Bakı vaxtı ilə 16:40) İstanbul aeroportuna eniş edib.

Danışıqların yerli vaxtla 19.00-da (Bakı vaxtı ilə 20:00) Çırağan sarayında başlayacağı gözlənilir.

xxx

15:58

Rusiya ilə danışıqların 3-cü raundunda iştirak edəcək Ukraynadan olan nümayəndə heyəti Türkiyəyə çatıb.

Trend xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz “Telegram” kanalında yazıb.

Qonçarenkonun sözlərinə görə, Ukrayna nümayəndə heyəti əvvəlcə Ankarada görüşlər keçirəcək. Ardınca diplomatlar Rusiya tərəfi ilə danışıqların nəzərdə tutulduğu İstanbula yollanacaqlar. Danışıqların axşam saatlarında başlanacağı qeyd olunur.

xxx

12:00

Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında növbəti danışıqlar keçiriləcək.

Trend xəbər verir ki, Rusiyadan olan nümayəndə heyətinə danışıqlarda RF prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Ukraynadan isə bu vəzifə Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerova həvalə olunub.

Danışıqlarda hər iki tərəfdən əsirlərin azad edilməsi, qaçırılmış uşaqların geri qaytarılması, atəşkəs rejimi və başqa məsələlər gündəmə çıxarılacaq.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri 16 may və 2 iyun tarixlərində İstanbulda görüşlər keçirmişdi.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti