...

Türkiyədə meşə yanğınlarına müdaxilə edən on işçi həlak olub

Dünya xəbərləri Materials 24 İyul 2025 01:29 (UTC +04:00)
Türkiyədə meşə yanğınlarına müdaxilə edən on işçi həlak olub

Bakı. Trend:

Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarına müdaxilə edən on işçi həlak olub.

Trend xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Məlumata əsasən, Eskişehirdən başlayaraq Afyonkarahisar ərazisinə keçən yanğında istiqamətini qəfil dəyişən küləyin təsiri ilə 24 nəfər alovların əhatəsində qalıb. Onlardan beşi meşə işçisi, beşi isə Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşı olmaqla on nəfər həlak olub. Hazırda digər 14 nəfərin müalicəsi xəstəxanada davam edir.

Nazir Türkiyə üzrə yeddi ocaqda yanğınla mübarizənin davam etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti