Bakı. Trend:
Livanın “Hizbullah” hərəkatının rəhbəri Naim Kasem İsrailin 27 noyabr 2024-cü il tarixli razılaşmaları yerinə yetirmədiyinə qədər İsraillə hər hansı müqavilə bağlamaq imkanını istisna edib.
Trend-in məlumatına görə, bu barədə Livanın "LBC" televiziya kanalı bildirib.
"Biz hər hansı yeni sazişi rədd edirik. Bizə təklif olunan (silahsızlaşdırma üçün) İsrail təcavüzü üçün pərdə rolunu oynayan istənilən vaxt çərçivəsi qəbuledilməzdir", - deyə o bildirib.
Onun sözlərinə görə, İsrailin üzərinə götürdüyü öhdəliklərdən geri çəkilib. İsrailin Livana qarşı hərbi əməliyyatlarını artırmağa davam etsə, “oraya raketlər atılacağını” bildirib.