...

Putinlə Trampın görüşəcəyi yer razılaşdırılıb

Dünya xəbərləri Materials 7 Avqust 2025 12:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və ABŞ yaxın günlərdə iki ölkənin prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilməsi barədə razılıq əldə ediblər. Hazırda zirvə görüşünün detalları üzərində iş aparılır.

Trend-in xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçılarının görüşünün keçiriləcəyi yer də razılaşdırılıb və bu barədə bir qədər sonra rəsmi açıqlama veriləcək.

Uşakov bildirib ki, "Amerika tərəfinin təşəbbüsü ilə yaxın günlərdə yüksək səviyyədə – yəni prezidentlər Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüşün keçirilməsi barədə prinsipial razılıq əldə olunub".

O əlavə edib ki, hazırda Rusiya tərəfi amerikalı həmkarları ilə birlikdə bu görüşün konkret detallarını işləyib hazırlamağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti