Bakı. Trend:
Fransada Vilnyov-de-Mark kəndinin meri Jil Düssonun həyatına qəsd olub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, şəxsiyyəti müəyyən olunmamış bir şəxs 63 yaşlı mer Jil Düsso və onun oğluna küçədə gəzərkən qəfildən bıçaqla hücum edib.
Prokurorluğun yaydığı məlumata görə, şübhəli bıçaqla bələdiyyə sədrinə hücum edərək onun döş qəfəsinə üç zərbə endirib.
Cinayətkar hadisə yerindən uzaqlaşdıqdan sonra avtomobili ilə geri dönüb və merlə oğlunu maşınla vurmağa çalışıb. Onlar zərbədən yayına biliblər. Hücum edən şəxs nəzarəti itirərək avtomobili divara çırpıb. Daha sonra isə merin oğluna yumruqla zərbə endirib və piyada olaraq hadisə yerindən qaçıb.
Hazırda şübhəli şəxsin intensiv axtarışının aparıldığı, polis qüvvələrinin ayağa qaldırıldığı bildirilir.