...

ABŞ-da atışma baş verib - Ölənlər var

Dünya xəbərləri Materials 12 Avqust 2025 06:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ -ın Texas ştatının Ostin şəhərində “Target” alış-veriş mərkəzinin qarşısında atışma baş verib.

Trend xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, şübhəli şəxs saxlanılıb. Polisin yaydığı məlumata görə, 32 yaşlı şübhəli alış-veriş mərkəzinin dayanacağından avtomobil oğurlayaraq hadisə yerindən qaçıb. Daha sonra o, oğurlanmış avtomobili qəzaya uğradıb və avtosalondan başqa bir avtomobil oğurlayıb. Ardınca o, polis tərəfindən saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti