Bakı. Trend:
Parisdə məhkəmə Luvr muzeyində baş vermiş 102 milyon dollar dəyərində zinət əşyalarının oğurlanması ilə bağlı saxlanılan beş nəfərdən ikisinə – bir qadın və bir kişiyə rəsmi ittiham irəli sürüb.
Trend xəbər verir ki, daha üç nəfər istintaqdan sonra sərbəst buraxılıb. Paris prokurorunun açıqlamasına görə, 37 yaşlı kişi əvvəllər də oxşar cinayətlərə görə polisə tanış olub və o, mütəşəkkil oğurluq və qabaqcadan əlbir olmaqda təqsirləndirilir.
Beləliklə, bu iş üzrə rəsmi ittiham olunanların sayı dördə çatıb. Onlardan ikisi – Fransada yaşayan 34 yaşlı Əlcəzair vətəndaşı və Paris ətrafında yaşayan 39 yaşlı taksi sürücüsü – oktyabrın 25-də saxlanılıb və 29-da məhkəmə qarşısına çıxarılaraq ittiham olunub.
Əlcəzair vətəndaşının kimliyi qaçış zamanı istifadə edilən skuterdə aşkar edilən DNT izləri vasitəsilə müəyyən edilib.
