...

ABŞ Kaliforniya sahillərində neft quyuları qazmağa başlayacaq

Dünya xəbərləri Materials 11 Noyabr 2025 10:19 (UTC +04:00)
ABŞ Kaliforniya sahillərində neft quyuları qazmağa başlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hökuməti uzun fasilədən sonra Kaliforniya sahilləri yaxınlığında neft quyularının yenidən qazılmasına icazə verməyə hazırlaşır.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Ağ Evin neft yataqlarının işlənilməsi üzrə beş illik planının layihəsi ilə tanış olan “The Washington Post” mənbəsi bildirib ki, Amerika liderinin proqramı 2027–2030-cu illər ərzində Kaliforniya sahilləri yaxınlığında qazma işləri üçün altı lisenziya ilə bağlı tenderin keçirilməsini nəzərdə tutur. Vaşinqton həmçinin, Meksika körfəzi və Alyaska ərazilərindəki yataqların işlənməsi üçün torpaq sahələrinin icarəyə verilməsini planlaşdırır.

Sənədə əsasən, Meksika körfəzinin şərq hissəsində qazma işlərinin genişləndirilməsi nəzərdə tutulub. ABŞ administrasiyası həmin bölgədə 2029 və 2030-cu illərdə torpaq sahələrinin icarəyə verilməsi imkanını da nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti