...

Yaxın Şərqdə sülh prosesi təhlükədədir - Rubio

Dünya xəbərləri Materials 13 Noyabr 2025 15:51 (UTC +04:00)
Yaxın Şərqdə sülh prosesi təhlükədədir - Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında atəşkəsin sabitliyinə təhdid yaradır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxması ehtimalı azdır, çünki ABŞ belə bir inkişafın qarşısını almaq üçün bütün səylərini göstərəcək. O həmçinin İsrail hakimiyyətinin son oxşar hücuma verdiyi reaksiyanı müsbət qiymətləndirib.

Xatırladaq ki, çərşənbə axşamı onlarla israilli sakin İordan çayının qərb sahilində yerləşən iki fələstin kəndinə hücum edib, avtomobilləri və evləri yandırıblar. Daha sonra hadisə yerinə gələn İsrail əsgərləri ilə toqquşma baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti