Bakı. Trend:
Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında vəfat edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yazıçıya 2022-ci ildə glioblastoma – ağır beyin xərçəngi diaqonozu qoyulsa da, onun xərçəngdən əziyyət çəkdiyi mətbuata yalnız ötən il məlum olub.
“Shopaholic” (“Şopinq alüdəçisi”) adlı romanlar silsiləsi ilə məşhur olan müəllifin kitablarının dünya üzrə ümumilikdə 45 milyona yaxın nüsxəsi satılıb.
Əvvəllər ciddi əsərlərini öz adı (həqiqi adı) - Madelin Uikamla çap etdirən yazıçı, sonradan komediya janrına üz tutduğundan özünə Sofi Kinsella təxəllüsünü seçmişdi.
