...

Alp dağlarında qar uçqunları nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 2 Yanvar 2026 23:34 (UTC +04:00)

Bakı. Trend:

Alp dağlarının İtaliyada yerləşən hissəsində qar uçqunları nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, ciddi insidentlərdən biri Fransa ilə sərhəddə yerləşən Mayra vadisində qeydə alınıb. Burada bir nəfər ölüb, iki nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritik qiymətləndirilir.

Daha bir qar uçqunu Turin yaxınlığında yerləşən məşhur dağ-xizək kurortu ərazisində baş verib. Nəticədə bir nəfər yaralanıb. Bundan əlavə, İtaliyanın şimal-şərqindəki Veneto regionunda qar uçqunu 50 yaşlı xizəkçi turistin həyatına son qoyub.

Hakimiyyət orqanları bildirirlər ki, mürəkkəb hava şəraiti, güclü külək və çovğun Alp dağlarında uçqun təhlükəsini əhəmiyyətli dərəcədə artırır və xilasetmə işlərini çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti