...

Filippin sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 Yanvar 2026 08:11 (UTC +04:00)
Filippin sahillərində güclü zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Santyaqo şəhərindən 27 kilometr şərqdə, əhalisi təxminən 150 min nəfər olan ərazidə yerləşib. Zəlzələ ocağı 58 kilometr dərinlikdə olub.

Hazırda tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti