...

Türkiyədə qəzaya uğramış Liviya təyyarəsinin qara qutuları Britaniyaya göndəriləcək

Dünya xəbərləri Materials 7 Yanvar 2026 16:16 (UTC +04:00)
Türkiyədə qəzaya uğramış Liviya təyyarəsinin qara qutuları Britaniyaya göndəriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankaraya yaxın ərazidə qəzaya uğramış, göyərtəsində Liviya hərbçilərindən ibarət nümayəndə heyəti olmuş şəxsi təyyarənin “qara qutuları” eksper müayinəsi üçün Böyük Britaniyaya göndəriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu açıqlama verib.

“Qəzaya uğramış təyyarənin bort səs yazıcısı və uçuş məlumatlarını qeydə alan cihaz zədələnib. Dünyada bu cür zədələnmiş qurğuların ekspertizasını apara bilən cəmi dörd ölkə var. Ekspert müayinəsi Böyük Britaniyada aparılacaq. Bu, uzunmüddətli prosesdir. Biz öz nümayəndə heyətimizi formalaşdırmışıq; onlar İngiltərəyə gedəcək və digər tərəflərlə birlikdə prosesə nəzarət edəcəklər”, – deyə nazir vurğulayıb.

Nazir həmçinin bildirib ki, Böyük Britaniyaya Liviya nümayəndə heyəti və təyyarə istehsalçısı olan ölkənin təmsilçiləri də göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti