...

ABŞ Konqresi Venesuela üçün lider seçdi

Dünya xəbərləri Materials 21 Yanvar 2026 11:52 (UTC +04:00)
ABŞ Konqresi Venesuela üçün lider seçdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresində Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Venesuelanın yeni lideri kimi seçilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Kapitolidə Maçado ilə keçirilən qapalı görüşdən sonra onun namizədliyini tam şəkildə dəstəklədiklərini bildiriblər. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Maykl Makkol qeyd edib ki, Maçado ölkəyə rəhbərlik etmək üçün “lazım olan hər şeyə” malikdir.

“Venesuelanı yeni mərhələyə çıxarmalı olan məhz belə lider olmalıdır. Demokratiyaya və seçkilərə keçid zəruridir və düşünürəm ki, bu, mümkün qədər qısa müddətdə baş verməlidir”,- deyə Texas ştatından Nümayəndələr Palatasının üzvü Mayk Louler bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti