...

İrandan Azərbaycana qeyri-neft məhsul ixracı azalıb

Dünya xəbərləri Materials 21 Yanvar 2026 13:22 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 9 ayı (20 mart -21 dekabr 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -20 dekabr 2024) müqayisədə dəyər baxımından 15%, çəki baxımından 0,5% azalıb.

Trend bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.

Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 436 milyon dollar dəyərində təxminən 647 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 512 milyon dollardan çox dəyərdə təxminən 650 min ton təşkil edib.

Məlumata görə, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 9 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti 445 milyon dollar dəyərində təxminən 651 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17%, çəki baxımından 1,48% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 9 ayı ərzində İranın məhsul ixracı 41,2 milyard dollar dəyərində təxminən 119 milyon ton təşkil edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5,78% azalıb, çəki baxımından 1% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti