...

Pakistanda qar və leysan yağışları beş nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 25 Yanvar 2026 17:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın iki şimal vilayətində – Gilgit-Baltistan və Bəlucistanda qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki müşahidə qülləsi evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub.

Bəlucistanda isə Job şəhərində leysan yağışı nəticəsində damın uçması bir uşağın həyatına son qoyub, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.

Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti