Bakı. Trend:
İsraildə danışılmış futbol matçları və çirkli pulların yuyulması ittihamı ilə bir futbol klubunun 17 üzvü saxlanılıb.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polisin məlumatına görə, saxlanılanlar arasında komandanın hazırkı oyunçuları və yüksək vəzifəli idarəçiləri var. Onlar bir neçə il ərzində oyunların nəticələrinin saxtalaşdırılmasında iştirak etməkdə şübhəli bilinirlər.
Polis hansı klubdan söhbət getdiyini açıqlamasa da, həmin şəxslərin İsrailin Milli Liqasında (İsrail çempionatının ikinci divizyonu) çıxış etdiklərini bildirib. Bəzi mənbələr sözügedən klubun "F.C Kirya Yam" futbol klubu olduğunu iddia edir.
