Bakı. Trend:
“Böyük Yeddilik” ölkələri (G7) 2025-ci ildə Ukraynaya ERA proqramının (borcların Rusiyanın dondurulmuş aktivlərinin faizləri hesabına bağlanmasını nəzərdə tutan proqram) xətti ilə təqribən 40 milyard dollar həcmində kredit ayırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub.
Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsinin maliyyələşdirilməsinin ən böyük mənbəyi G7 ölkələrindən ERA proqramı üzrə ayrılmış 37,9 milyard dollar həcmində kreditlər olub:
"Bu vəsait qismən dövlət borcu kimi uçota alınır. Bundan əlavə, Avropa İttifaqından (Aİ) 12,1 milyard dollar məbləğində maliyyələşmə təmin edilib”.
Qeyd edək ki, bundan əvvəl Aİ ölkələri 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsini 90 milyard avro səviyyəsində təmin etmək barədə qərar qəbul ediblər.
