...

İlon Mask tarixin ən varlı adamı oldu - Rekord

Dünya xəbərləri Materials 4 Fevral 2026 13:13 (UTC +04:00)
İlon Mask tarixin ən varlı adamı oldu - Rekord
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask tarixdə sərvəti 800 milyard dollar həddini keçən ilk şəxs oldu oldu.

Trend xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Məlumata görə, Maskın sərvətinin artması onun şirkətləri “SpaceX” və “xAI”ın birləşməsi ilə bağlıdır. Birləşmə nəticəsində biznesin ümumi dəyəri 1,25 trilyon dollar qiymətləndirilib və sahibkarın sərvəti 84 milyard dollar artaraq rekord səviyyədə – 852 milyard dollar olub.

Birləşmədən əvvəl Mask “SpaceX”in təxminən 42%-inə sahib idi. Birləşmədən sonra o, yeni şirkətin aktivlərinin təxminən 43%-inə nəzarət edir və şirkətin dəyəri 542 milyard dollar qiymətləndirilir.

Bundan əlavə, sahibkar "Tesla"nın təxminən 12%-lik səhm paketinə malikdir ki, bu da 178 milyard dollar dəyərindədir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti