...

Uranın zənginləşdirilməsi davam etməlidir - Əraqçi

Dünya xəbərləri Materials 7 Fevral 2026 17:57 (UTC +04:00)
Uranın zənginləşdirilməsi davam etməlidir - Əraqçi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi uranın zənginləşdirilməsi fəaliyyətinin davam etməli olduğunu bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, Qətərdə keçirilən "Al Jazeera" Forumunda çıxışı zamanı ABŞ ilə Omanda aparılan danışıqlara toxunub.

Əraqçi qeyd edib ki, İran uranın zənginləşdirilmə səviyyəsi ilə bağlı etimad yaradacaq razılaşmaya hazırdır. Nazir həmçinin bildirib ki, raket proqramı danışıqlar mövzusu deyil və ölkənin müdafiə məsələsi hesab olunur.

O əlavə edib ki, ABŞ ilə etimadın formalaşması üçün vaxt lazımdır və danışıqlar təhdid və təzyiq olmadan aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti