...

Xərçənglə mübarizədə B3 vitamininin gözlənilməz faydaları aşkarlandı

Dünya xəbərləri Materials 11 Fevral 2026 20:32 (UTC +04:00)
Xərçənglə mübarizədə B3 vitamininin gözlənilməz faydaları aşkarlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kaylari Universitetinin alimləri apardıqları araşdırma nəticəsində müəyyən ediblər ki, B3 vitamininin (niasin) yüksək dozaları immun hüceyrələrini aktivləşdirə və beyin xərçənginin ən aqressiv növlərindən biri olan qlioblastomanın böyüməsini ləngidə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Neuro-Oncology" (JNO) jurnalında dərc olunub.

Tədqiqatçılar diqqəti immun sisteminə yönəldiblər: qlioblastoma immun hüceyrələrinin aktivliyini zəiflədir və onların şişə effektiv hücum etməsinə mane olur.

Heyvanlar üzərində aparılan laborator təcrübələr göstərib ki, niasin (B3) zəiflədilmiş hüceyrələri yenidən aktivləşdirə və onların şişə qarşı fəaliyyətini gücləndirə bilir.

Alimlər qeyd edirlər ki, nəticələr hələlik ilkin mərhələdə olsa da ümidvericidir. Eyni zamanda mütəxəssislər bildiriblər ki, B3 vitamininin yüksək dozaları toksik ola bilər və yalnız ciddi tibbi nəzarət altında tətbiq olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti