Bakı. Trend:
İran ABŞ ilə Omanda keçirilən danışıqlarda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını müzakirə etmir.
Trend-in məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Qətərin "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Uranın zənginləşdirilməsinin dayandırılmasından söhbət getmir. Bizə enerji və əczaçılıq sektorlarında buna ehtiyac var", - deyə o qeyd edib.