...

Rubio hansı xarici vətəndaşların ABŞ vizasının ləğv olunacağını açıqlayıb

Dünya xəbərləri Materials 16 Fevral 2026 17:07 (UTC +04:00)
Rubio hansı xarici vətəndaşların ABŞ vizasının ləğv olunacağını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Departamenti istənilən xarici və daxili tənqidlərə baxmayaraq bu və ya digər səbəbdən təhdid kimi qiymətləndirilən əcnəbilərin vizalarını kütləvi şəkildə ləğv etməyə davam edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

“Mənim Dövlət Departamentində vəzifəm ondan ibarətdir ki, əgər biz hesab ediriksə, hər hansı bir qonaq bizim xarici siyasətimizə, milli təhlükəsizliyimizə təhdid yaradır, həmin şəxsin vizasını ləğv edəcəyik. Və bunu etməyə davam edəcəyik.

Vizaya heç bir konstitusion hüquq yoxdur – bu, ölkəmizə səfər üçün verilən icazədir, tələbə, turist, jurnalist və ya hər kim olmağınızdan asılı olmayaraq – əgər siz maraqlarımıza zidd addımlar atırsınızsa, vizanızı geri alacağıq”, – deyə Rubio əlavə edib.

Dövlət katibi vurğulayıb ki, 2025-ci il ərzində onun rəhbərlik etdiyi qurum tərəfindən milli təhlükəsizlik əsasları ilə çoxlu sayda viza ləğv edilib. O həmçinin qeyd edib ki, ayrı-ayrı hallarda ABŞ məhkəmələrinin qurumun viza qərarlarına qadağa qoymasına baxmayaraq, Dövlət Departamenti bu siyasəti davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti