...

Aİ ölkələrinin əksəriyyətində uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

Dünya xəbərləri Materials 16 Fevral 2026 20:02 (UTC +04:00)
Aİ ölkələrinin əksəriyyətində uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti yaxın bir il ərzində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə girişini qanunla

Trend xəbər verir ki, bunu Rumıniya prezidentinin müşaviri Sorin Kostrey Digi24 televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rumıniya da Avropa siyasətinə uyğun hərəkət etməlidir, belə ki, ölkədə gənclərin sosial şəbəkələrə çıxışının tənzimlənməsinə ehtiyac var. Kostrey əmin edir ki, bəzi sosial platformalar alkoqol və siqaret kimi “rəqəmsal asılılıq” yaradır.

Sosial şəbəkələrdən istifadəyə hansı yaşdan icazə verilməli olduğu ilə bağlı suala Kostrey konkret cavab verməkdə çətinlik çəkib və “tədqiqatlara ehtiyac olduğunu” vurğulayıb.

O, söhbətin 14, 15 və ya 16 yaşdan gedə biləcəyini istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti