...

İtaliyada qar uçqunu: 3 fransız xizəkçi həlak olub

Dünya xəbərləri Materials 16 Fevral 2026 17:26 (UTC +04:00)
İtaliyada qar uçqunu: 3 fransız xizəkçi həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şimal-qərbində yerləşən Kurmayer (Valle-Daosta vilayəti) dağ-xizək kurortunda 29–35 yaşlarında olan üç fransalı xizəkçi qar uçqunu nəticəsində həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə əvvəllər də uçqun təhlükəsi qeydə alınmış ərazidə baş verib . Xilasetmə əməliyyatına dağ-xilasetmə xidmətinin mütəxəssisləri, kinoloji qruplar, həmçinin iki helikopter səfərbər olunub.

Xizəkçilər bir yarım metr qalınlığında qar təbəqəsi altında qalıblar. Həkimlər onların həyatını xilas edə bilməyiblər.

Bundan əvvəl yanvar ayında Avstriya ərazisində Alp dağlarında üç ayrı qar uçqun nəticəsində səkkiz nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti