Bakı. Trend:
Xarici tərəfdaşlardan Amerika silah sifarişlərinin ümumi həcmi 900 milyard dollara çatıb, lakin müttəfiqlər artıq ödənilmiş çatdırılmaları bir neçə il gözləməli olublar.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin Amerikanın "USA Today" qəzeti üçün birgə məqaləsində deyilir.
Bildirilib ki, bu, Vaşinqtonun milli təhlükəsizlik maraqlarına xələl gətirir.
Məqalədə qeyd olunub ki, qlobal silah təchizatının 43 faizi ABŞ-ın payına düşür. Hazırkı portfel 190 ölkə və region üçün 16 000-dən çox sifarişdən ibarətdir və dəyəri 900 milyard dollardan çoxdur. Eyni zamanda, məqalədə ABŞ administrasiyasının əvvəlki strategiyanın səmərəsizliyini göstərdiyi üçün hərbi təchizat sistemində islahat aparmalı olduğu bildirilir.