...

UKRAYNANIN "İSLAHATLAR VƏ İNTİZAM PARTİYASI" SERGEY YEVTUŞENKONUN SAXLANILMASINI İNSAN HAQLARININ KBUD ŞƏKİLDƏ POZULMASI HESAB EDİR

Dünya xəbərləri Materials 17 Sentyabr 2005 13:16 (UTC +04:00)

(UNİAN) - Ukraynanın "İslahatlar və İntizam Partiyası" (İİP) "Pora" hərəkatının siyasi şurasının üzvü, Ukraynanın xarici işlər nazirinin müşaviri Sergey Yevtuşenkonun Bakıda saxlanılmasını insan haqlarının və hamı tərəfindən qəbul olunmuş demokratik prinsiplərin kobud şəkildə pozulması hesab edir.

İİP məlum olmayan səbəblərə görə həbs olunmasına etiraz edir. "İslahatlar və İntizam Partiyası S.Yevtuşenkonun həbsi ilə bağlı insidentin izavh olunmasını və ondan üzr istənilməsini tələb edir.

S.Yevtuşenko "Azərbaycan və Belorusun demokratik gələcəyi" konfransında iştirak etməyə gələn Ukrayna nümayəndə heyəti Bakıya daxil olan kimi saxlanılıb. Ukraynadan Bakıya S.Yevtuşenko, Beynəlxalq Demokratiya İnstitutunun direktoru Sergey Taran və Ukraynanın xalq deputatı Nikolay Katerinçuk gəlib.

Bakı hava limanında S.Yevtuşenko ilə birgə Estoniya vətəndaşı Andrey Popov da saxlanılıb. Sonradan o, saxlanılmasının səbəbi izah edilmədən azad edilib.

Xəbər lenti

Xəbər lenti