...

Ötən il Ermənistan iqtisadiyyatında xarici sərmayələrin həcmi $400 mln təşkil edib

Dünya xəbərləri Materials 6 Aprel 2006 15:44 (UTC +04:00)

2005-ci ildə Ermənistanın iqtisadiyyatına $400,4 mln məbləğində xarici sərmayə qoyulub. Bu göstərici 2004-cü illə müqayisədə 31% artıb.

Trend in "Mediamaks" agentliyinə istinadən xəbər verdiyi kimi, Ermənistanın ticarət və iqtisadi inkişaf nazirinin müavini Tiqran Davtyan bildirib ki, 2005-ci ildə birbaşa sərmayələrin həcmi $244,4 mln təşkil edib.

O, 2006-cı ildə xarici sərmayələrin həcminin artmasa da, əvvəlki səviyyədə qalacağına ümidvar olduğunu bildirib.

2005-ci ildə rabitə sahəsinə daha çox - $132,1 mln xarici sərmayə qoyulub. Dağ mədən sənayesinin payına - $97,5 mln, metallurgiyanın - $53,3 mln, qida məhsulları və içki istehsalının payına isə $26,4 mln düşüb.

Xəbər lenti

Xəbər lenti