...

Türkmənistanın keçmiş baş prokuroru rüşvət aldığını ictimaiyyət qarşısında etiraf edib

Dünya xəbərləri Materials 25 Aprel 2006 13:56 (UTC +04:00)

Türkmənistanın baş prokuroru rüşvət aldığını ictimaiyyət qarşısında etiraf edib və prezident Saparmurat Niyazovdan bağışlanmasını xahiş edib. 1985-ci ildən 2006-cı ilin aprelinədək baş prokuror vəzifəsini icra etmiş Kurmanbibi Atacanov rüşvətxorluqda və dövlət mülkiyyətini mənimsəməkdə, o cümlədən 25 avtomobil, 36 ev, 2 min baş mal-qaranı oğurlamaqda təqsirləndirilir. Dövlət televiziyasının efirində çıxış edən K.Atacanov S.Niyazovdan 3 qızının olmasını nəzərə alaraq həsxanaya salınmamasını xahiş edib. Bu barədə Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti