...

Qazaxıstan hökuməti ölkədə ilk birləşmiş qaz-kimya kompleksinin tikintisi perspektivlərini müzakirə edib

Dünya xəbərləri Materials 25 Aprel 2006 14:14 (UTC +04:00)

Qazaxıstanda ilk birləşdirilmiş qaz-kimya kompleksi tikintisinin perspektivləri çərşənbə axşamı hökumətin baş nazir Danial Axmetovun sədrliyi ilə keçirilən iclasında müzakirə olunub. Trend in verdiyi məlumata görə, bu barədə hökumət rəhbərinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunduğu kimi, bu layihənin reallaşdırılması üçün bu gün bütün hazırlıq işləri başa çatıb. Eləcə də, "Sat&Co", "Basell", AO "Atoll" və "RD "Kazmunayqaz" şirkətləri arasında birgə müəssisənin yaradılması barədə qarşılıqlı anlaşma haqda memorandum, eləcə də layihənin iştirakçıları arasında müvafiq razılaşma imzalanıb. Müfəssəl texniki-iqtisadi əsaslanmanın materialları hazırlanıb. Hazırda layihənin maliyyələşdirilməsi üzrə məsələlər üzərində iş gedir.

Xəbər lenti

Xəbər lenti