...

Bu həftə Gürcüstanda elektrik enerjisinin tarifi artacaq

Dünya xəbərləri Materials 1 May 2006 15:33 (UTC +04:00)

Elektrik enerjisi tarifinin artırılması ilə bağlı məsələyə çərşənbə günü baxılacaq. Bu barədə energetikanın tənzimlənməsi üzrə Milli Komissiya məlumat verir.

Trend in xəbər verdiyi kimi, elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı əsas qərar artıq qəbul olunub. Bu, ilk növbədə Rusiya qızının bahalaşması ilə əlaqədardır. Qeyd edək ki, Gürcüstan energetikasının böyük hissəsi qazla işləyir. Bundan başqa, Ermənistandan idxal olunan elektrik enerjisi də bahalaşıb ki, bu da qazın qiyməti ilə əlaqədardır.

İlkin məlumatlara əsasən, Tiflisdə elektrik enerjisinin qiyməti 12 tetridən 15 tetriyədək, regionlarda isə 8 tetridən 14 tetriyədək artacaq. Bu barədə "Praym-nyus" xəbər verir.

Xəbər lenti

Xəbər lenti