...

M.Əhmədinejad MAQATE ilə İranın nüvə proqramını müzakirə etməyə hazırdır

Dünya xəbərləri Materials 13 May 2006 19:22 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad Atom Energetikası üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə İranın nüvə proqramını müzakirə etməyə hazırdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İndoneziyanın prezidenti Susilo Bambanq Yudxoyono İran lideri ilə danışıqlar başa çatdıqdan sonra bildirib.

Onun sözlərinə görə, M.Əhmədinejad İranın nüvə problemini sülh yolu ilə həll etmək məqsədilə diplomatik dialoqa qayıtmağa hazırdır.

S.B.Yudxoyono həmçinin deyib ki, İranın nüvə problemi "İslam səkkizliyi"nin gündəliyində olmasa da, müsəlman ölkələrinin liderləri məsələ ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması vacibliyini müzakirə edib.

Qeyd edək ki, bu gün İndoneziyanın Bali adasında səkkiz inkişaf edən ölkənin zirvə görüşü (D-8) keçirilib. Tədbirdə İndoneziya, İran, Pakistan, Türkiyə, Nigeriya, Malayziya liderləri, eləcə də Misir və Banqladeşin hökumət nümayəndələri iştirak edib. Bu, sayca artıq 5-ci zirvə görüşüdür. Bu günkü görüşdə ölkələr iqtisadi əməkdaşlığı möhkəmləndirmək haqqında razılığa gəlib. Bu barədə "RBK" xəbər verib.

Xəbər lenti

Xəbər lenti