...

Türkiyə Avropaya inteqrasiya istiqamətində addımlar atır

Dünya xəbərləri Materials 13 İyun 2006 15:20 (UTC +04:00)

Türkiyə AB ilə elmi tədqiqatlar sahəsində əməkdaşlıq haqqında saziş imzalayaraq Avropaya inteqrasiya istiqamətində birinci addımını atıb. Sənəd dünən Luksemburqda 25 AB ölkəsinin xarici işlər naziriləri və Türkiyənin XİN rəhbəri Abdullah Gül tərəfindən imzalanıb.

Trend agentliyinin "Rusiyanın Səsi"nə istinadən yaydığı məlumata əsasən, bu saziş Türkiyənin Avropa Birliyinə qoşulması məsələsinin müzakirəyə çıxarılmasından əvvəl həmin təşkilatla imzalamalı olduğu 35 sənəddən biridir. İmzalama mərasimi Kiprın mövqey üzündən az qala pozulmuşdu. Belə ki, Kipr Ankaradan onun müstəqilliyinin tanınmasını tələb edib. Bu gün Türkiyə adanın yalnız şimalında yerləşən "Şimali Kipr Türk Respblikasını" tanıyır.

Xəbər lenti

Xəbər lenti