...

Beynəlxalq Enerji Agentliyi: "2006-cı ildə dünyada neft istehlakı gündə 1,24 mln barel artacaq"

Dünya xəbərləri Materials 13 İyun 2006 15:41 (UTC +04:00)

"2006-cı ildə dünyada neft istehlakı 2005-ci illə müqayisədə gündə 1,24 mln barel artacaq". Bu barədə Beynəlxalq Enerji Agentliyinin iyunun 13-də Parisdə dərc olunmuş məruzəsində deyilir. Amma BEA ekspertləri apreldə 2006-cı ildə dünyada neft istehlakının gündə 1,25 mln barel artacağını proqnozlaşdırmışdır.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, BEA ekspertləri 2006-cı ildə Çində və ABŞ-da neft istehlakının yüksək artımını proqnozlaşdırır.

BEA ekspertlərinin proqnozlarına görə, 2006-cı ilin II rübündə dünyada neft istehlakı gündə 160 min barel artacaq. İnkişaf edən dünya iqtisadiyyatı isə neft istehlakının artması üçün əsas stimul olaraq qalır. Ancaq neftin yüksək qiyməti neft istehlakının daha da artmasına mane olur.

Xəbər lenti

Xəbər lenti