...

A.Ryazanov: Qazprom hələ də Gürcüstanın qaz nəqliyyat sistemini almaqda maraqlıdır, lakin bu maraq artıq itə bilər

Dünya xəbərləri Materials 20 İyun 2006 17:43 (UTC +04:00)

Qazprom hələ də Gürcüstanın qaz nəqli sistemini almaqda maraqlıdır, lakin bu maraq artıq itə bilər. Bu barədə qaz holdinqinin idarə heyətinin sədr müavini Aleksandr Ryazanov bu günkü mətbuat konfransında bildirib. Lakin, onun qeyd etdiyi kimi, Gürcüstan rəhbərliyi bu məsələnin həllini uzadır.

A.Ryazanovun sözlərinə görə, tərəflər arasındakı danışıqlar başa çatıb, lakin Gürcüstan höküməti indiyə qədər düşünür və qəti qərar verməyib. "Qorxuram ki, Qazpromun marağı itə bilər", - deyə A.Ryazanov bildirib və əlavə edib ki, indi Gürcüstana böhran vəziyyətində magistral qaz kəmərinin nə üçün lazım olması ona aydın deyil. O həmçinin qeyd edib ki, Qazprom indiyə qədər Ermənistana normal şəkildə qaz tranzit edə bilməyib.

Xəbər lenti

Xəbər lenti