...

Prosessorun iş sürəti üzrə rekord vurulub

Dünya xəbərləri Materials 21 İyun 2006 20:10 (UTC +04:00)

ABŞ alimləri 500 hiqahers tezliklə işləyən silikon prosesor təqdim edib.

Trend agentliyinin "Vzqlyad"a istinadən yaydığı məlumata əsasən, bu, bir çox kompüterlərin sürətini 100 dəfə üstələyir. İBM şirkəti və Corciniya ştatı Texnologiya İnstitutunun alimlərinə bu rekordu vurmağa qeyri-adi soyuqlaşdırma texnologiyası kömək edib. Mikroçipin hərarətinin azaldılması üçün maye geldən istifadə olunub. Rekord sürətə çatmaq üçün prosessorun hərarəti - 268,5 dərəcə selsiyədək endirilib ki , bu da mütləq sıfırı keçir.

Belə şəraitdə prosessor saniyədə trilyon əməliyyat həyata keçirə bilər. Hətta otaq hərarətində belə əməliyyatların sayı saniyədə 350 mlrd-a çatır ki, bu da ev kompüterindən 70 dəfə çoxdur. "Daha sürətli prosessorlar texnoloji məhsulun dəyərini azaldacaq... 10 il bundan əvvəl biz təsəvvür edə bilməzdik ki, prosessorlar belə sürətlə işləyə bilər" - deyə İBM şirkətində işləyər professor Devid Alqren bildirib. Alimlərin fikrincə, yaxın vaxtlarda otaq hərarətində 1000 hiqahers sürətlə işləyən prosessorların yaradılması da mümkündür.

Xəbər lenti

Xəbər lenti