...

Türkiyə 2015-ci ildə 3 AES tikmək niyyətindədir

Dünya xəbərləri Materials 23 İyun 2006 17:03 (UTC +04:00)

Türkiyə 2015-ci ildə 3 AES tikmək niyyətindədir. Bu barədə Platts xəbər verir. AES-in inşası ölkənin elektrik enerjisinə artan tələbatı, o cümlədən İran və Rusiyadan idxal olunan təbii qazın qiymətinin baha olması ilə şərtlənib. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, 2006-cı il iyulun 6-9-da MAQATE sədri Məhəmməd Əl-Bəradeyinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. MAQATE nümayəndə heyətinin Türkiyədə olduğu müddətdə ölkədə üç atom elektrik stansiyasının inşasının ilkin planı işlənib hazırlana bilər.

Türkiyədə AES-in inşası mümkünlüyü ilə bağlı məsələ artıq iki dəfə qaldırılıb.

Ancaq hər dəfə MAQATE bu imkanları qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti