...

Gürcustanda BTC boru kəmərinin açılışı münasibətilə xaitirə sikkəsi dövriyyəyə buraxılıb

Dünya xəbərləri Materials 13 İyul 2006 17:22 (UTC +04:00)

Cümə axşamı Gürcüstan Milli bankı Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin açılışı münasibətilə xatirə sikkəsini dövriyyəyə buraxıb.

Bankdan Praym-Nyusa verilən məlumata görə, BTC-nin işə salınması münasibətilə kəsilmiş xatirə sikkəsinin təqdimatı keçirilib.

GMB-nin sifarişi ilə sikkələr Polşa zərbxanasında (Mennica Polska) gümüşdən, o cümlədən mis, nikel və sinkin qatışığından kəsilib.

"Bu gün BTC-nin inşası rəsmən başa çatıb. BTC unikaldır və Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. Bu layihə ilə Gürcüstan strateji və iqtisadi cəhətdən aparıcı enerji dövlətlərinin tamhüquqlu tərəfdaşı olacaq", - deyə bankın prezidenti Roman Qotsiridze bəyan edib.

Onun sözlərinə görə, bank tərəfindən xatirə sikkənin buraxılması bu tarixi günün və Gürcüstanın layihədəki rolunun geniş yayılmasına şərait yaradacaq.

Trend in xəbər verdiyi kimi, xatirə sikkəsi GMB-nin pul muüzeyində və onun filiallarında satışa çıxarılacaq.

Gümüş sikkənin dəyəri 46 lari (təxminən 25,5 ABŞ dolları), mis, nikel və sinkin qatışığından olan sikkənin dəyəri isə - 5 laridir (təxminən 2,8 ABŞ dollarıdır).

Sikkənin üzərində regionun coğrafi xəritəsi, boru kəmərinin marşrutu, Xəzər dənizi platformasında yerləşən 3 qazma quyusu təsvir olunub.

Bankın məlumatına görə, eskizin layihəsinin müəllifi Mamuka Qonqadzedir.

Xəbər lenti

Xəbər lenti