...

Gürücstanın Xarici İşlər Nazirliyi hərbi polisin Rusiya nümayəndə heyətini saxladığını təsdiqləyib

Dünya xəbərləri Materials 14 İyul 2006 19:56 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili təsdiqləyib ki, hərbi polis bu gün Qori - Tsxinvali yolunda Rusiya nümayəndə heyətini saxlayıb.

"Məsələ ondadır ki, hərbiçilər nümayəndə heyətlərinin münaqişə zonasında hərəkət etməsi haqqında bir-birini 2 həftə əvvəl xəbərdar etmək barədə razılaşıb, lakin buna riayət olunmayıb" - deyə o əlavə edib. Nazir hamını münaqişə zonasında hərəkət etməməyə çağırıb.

Trend "RBK"ya istinadən xəbər verir ki, Gürcüstan XİN bu gün Tsxinvalidə baş vermiş partlayışın təffərüatını öyrənir. "Bir uşaq ölüb və bir neçə nəfər xəsarət alıb. Bizdə olan məlumata əsasən, bu akt qanunsuz ticarətlə məşğul olan şəxsə qarşı yönəldilib. İstisna deyil ki, bu, sadəcə cinayətkarlar arasında münasibətlərin aydınlaşdırılmasıdır" - deyə nazir əlavə edib.

Bu gün Moskva vaxtı ilə saat 11:03 Qori şəhəri yaxınlığında 20 yaraqlı Gürücstan hərbiçisi diplomatik nömrəli maşını saxlayıb. Bu maşında Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yuri Popov, Quru Qoşunlarının baş komandanın müavini general-leytenant Valeri Yevneviç və Rusiyanın Gürcüstandakı səfirliyinin birinci katibi Serqey Novikov olub. Hərbiçilər V.Yevneviçin xidməti pasportunu və vizasını əlindən alaraq Tbilisiyə geri qayıtmasını tələb edib.

Cənubi Osetiya hökumətindən bildiriblər ki, V.Yevneviç Tsxinvaliyə münaqişə zonasında sülhməramlı qüvvələrin 14 illiyini qeyd etmək üçün gəlirmiş.

Rusiya XİN Tbilisinin aqressiv siyasətinin son zamanlar çox narahatedici xarakter aldığı haqqında bəyanat yayıb.

Xəbər lenti

Xəbər lenti